İdman

Çempionlar Liqası: "alman maşını" rusları əzdi

30 Sentyabr 2014 23:41
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.

Turun ilk oyunu Moskvada keçirilib. Burada yerli MOİK (CSKA Moskva) klubu qrupun lideri "Bavariya"nı qəbul edib. Moskva təmsilçisi azarkeşlərin daha öncəki oyunda qaydalardan kənar davranışı səbəbindən "Bavariya" ilə görüşü boş tribunalar qarşısında keçirməli olub. Matçdan "alman maşını" 0:1 hesablı qələbə ilə ayrılıb.

Bu qrupun digər oyununda isə "Mançester Siti" evdə "Roma"nı sınağa çəkəcək. F qrupunda "Ayaks" səfərdə APOEL-in, "Barselona" isə PSJ-nin qonağı olacaq. G qrupunda "Şalke" - "Maribor" və "Sportinq" - "Çelsi" oyunları keçiriləcək. H qrupunda BATE öz meydanında "Atletik" (Bilbao), "Şaxtyor" (Donetsk) klubu isə "Portu"nu qəbul edəcək. Bu oyunlar saat 23:45-də başlayacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.