İdman

"Bavariya" xal itirdi

20 Sentyabr 2014 23:36
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniya Bundesliqasında IV turun növbəti oyunları keçirilib.

Milli.Az apasport-a istinadən bildirir ki, açılış matçında turnir cədvəlinin son pillələrində qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətirib.

Belə ki, "Frayburq" evdə "Herta"nı sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib Hərəyə 2 dəfə fərqlənən tərəflər xalları yarı bölüb.

Bu gün isə son çempion "Bavariya" "Hamburq"a sədər edib. Münhen klubu xal itkisi ilə üzləşib - 0:0. "Şalke" də "Antraxt"la xalları yarı bölüb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Maynts" isə Dordmund "Borussiya"sı ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə üstələyən meydan sahibləri 2-ci pilləyə yüksəlib.

Sabah isə "Bayer" səfərdə "Volfsburq"un gücünü yoxlayacaq.

Qeyd edək ki, Almaniya Bundesliqasında IV turun oyunları sentiyabrın 21-də başa çatacaq.

Almaniya çempionatı

IV tur

19 sentyabr (cümə)
 

"Frayburq" - "Herta" - 2:2

Qollar: Kempf, 30, Klaus, 79 - Roni, 36; 90+7

20 sentyabr (şənbə)
 

"Ausburq" - "Verder" - 4:2

Qollar: Baier, 14, Verhaegh, 45+3-pen, Verner, 77, Matavs, 90+3 - Selke, 3, Di Santo, 56-pen

"Hamburq" - "Bavariya" - 0:0

"Paderborn" - "Hannover" - 1:0

Qollar: Kaçunqa, 70, Stoppelkamp, 90+4

"Şalke" - "Antraxt" - 2:2

Qollar: Çoupo-Motinq, 40-pen, Draksler, 50 - Meier, 15, Russ, 24

"Ştutqart" - "Hoffenhaym" - 0:2

Qollar: Modeste, 15, Elyounoussi, 84

"Maynts" - "Borussiya" D - 2:0

Qollar: Okazaki, 66, Qitner, 74-avtoqol

21 sentyabr (bazar)

18:30."Volfsburq" - "Bayer"

20:30."Köln" - "Borussiya" M.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.