İdman

"Azərbaycan yığmasını siyahıdan silmək olmaz"

20 Sentyabr 2014 18:20
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan və Malta digər komandalarla müqayisədə daha asan rəqiblərdi. Amma onları da siyahıdan silmək olmaz".

Milli.Az anspress-ə istinadən bildirirki, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan italyanların baş məşqçisi qarşıdakı matçlar haqqında danışıb:

"Seçmə mərhələ oyunlarına çox ciddi hazırlaşırıq. Qrupun favoriti olsaq da, rəqiblərimizi kiçiltməməliyik. Futbolda istənilən nəticə ilə üzləşmək mümkündü. Hazırda əsas hədəfimiz qrup mərhələsində lider olub, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı. Qarşıda Azərbaycan və Malta ilə matçlarımız var. Həmin qarşılaşmalarda da qalib gəlməliyik".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.