"Bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2020-ci il futbol üzrə Avropa çempionatının (Avro-2020) oyunlarının Bakıda keçirilməsinə dair qərar Azərbaycan üçün çox tarixi və önəmlidir". Bunu Cenevrədən telefonla Trend-ə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Bu qərarla bağlı Azərbaycanın bütün idmansevərlərini, futbol ailəsinin üzvlərini ürəkdən təbrik edən E.Məmmədov deyib ki, Bakının Avro-2020 oyunları üçün seçilməsi sevindiricidir: "Sözün düzü, biz özümüz buna hələ də tam inana bilmirik ki, Bakını seçdilər. Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının ¼ finalının oyununu qəbul edəcək. Bunu başa düşmək, anlamaq üçün vaxt lazımdır. Bu, həqiqətən, Azərbaycan üçün böyük hadisə, müsbət haldır. Sözün düzü, biz işimizi elə qurmuşduq ki, qrup mərhələsinin oyunlarını əldə edək, lakin sənədlərdə qeyd etmişdik ki, ¼ finalın oyunlarını da qəbul etməyə hazırıq. Sənədləri də buna uyğun hazırlamışdıq. Sonda isə Bakı ¼ final oyunlarının keçiriləcəyi 4 şəhərdən biri oldu".
Onun sözlərinə görə, çempionat dövründə, yəni 30 gün ərzində Bakıda 3 qrup oyunu və bir ¼ final oyunu keçiriləcək: "UEFA qərar verərkən bizim tender sənədlərimizdə son illərdə respublikamızda futbola göstərilən qayğı və diqqətin xüsusi qeyd olunduğunu nəzərə alıb. Qeyd etmək lazımıdır ki, bizim sənədlərdə ən güclü tərəflərimizdən biri o idi ki, hələ ilk mərhələdən bu təşəbbüsə Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi var idi. Ona görə də bu, çox sevindirici haldır ki, bunu nəzərə alaraq UEFA belə bir qərar qəbul edib. Bir daha qeyd edirəm ki, cənab Prezident ilk gündən bu təşəbbüsə dəstək olub və bu amil tender sənədlərində də öz əksini tapıb".
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib.
Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək.
Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Milli.Az
İdman
Elxan Məmmədov: "Avro-2020-nin oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox tarixi qərardır"
19 Sentyabr 2014 19:03
0 Şərh
Baxış: 661
DİGƏR XƏBƏRLƏR
- Klub məhkəmədə Ronaldoya məğlub oldu: bu qədər pul ödəyəcək
- "Bavariya" və "Real" yarımfinalda - VİDEO
- 34 oyunluq qələbə seriyası biitib
- Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb
- Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda POZ VERDİ - FOTO
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
XƏBƏR LENTİ
- "Mən kökəlmək istəmirəm" - VİDEO
- Ağdamda minaatan qurğular aşkarlandı
- Bu, bizi ukraynalaşmadan qoruyacaq - Kobaxidze
- Çerniqovda ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralanıb - FOTOlar
- Ağdamda minaatan qurğular aşkar edilib
- Klub məhkəmədə Ronaldoya məğlub oldu: bu qədər pul ödəyəcək
- Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
- Bakıda yük maşını aşdı, yolda hərəkət dayandı - FOTO
- "Aparıcılar bununla özünü alçaldırlar"
- Türkiyədə iki zavod yanır - FOTO
- "Bavariya" və "Real" yarımfinalda - VİDEO
- Belqorod atəşə tutuldu: yaralananlar var
- Bu ölkədə “TikTok” qismən məhdudlaşdırıldı
- “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
- Türkiyədə yenə zəlzələ oldu
- Yaponiyada zəlzələdə 8 nəfər yaralandı
- Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
- Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
- Bu ölkədə yenə quş qripi virusu aşkarlandı
- Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
- Azra Akının ikinci övladı oldu - FOTO
- 34 oyunluq qələbə seriyası biitib
- Burak Özçivit yeni filmdə
- Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?