İdman

Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi

19 Sentyabr 2014 18:53
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.
 

Trend  Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.
 

Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.
 

Milli komandamızın üzvü bu gün polşalı Sandra Krukla üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.