İdman

Azərbaycanı dünya çempionatında 6 velosipedçi təmsil edəcək

19 Sentyabr 2014 18:50
0 Şərh     Baxış: 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 21-də İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı start götürəcək. Planetin ən güclülərinin mübarizə aparacağı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunacaq.
 

Milli.Az bildirir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq. O, sentyabrın 22-də fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirəcək.
 

Sentyabrın 23-də 18 yaşadək velosipedçilər arasında Elgün Əlizadə Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış edəcəklər.
 

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə (time trial) qüvvəsini sınayacaq.
 

Sentyabrın 26-da T.İsgəndərov, Samir Cəbrayılov Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə E.Əlizadə və K.Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.