İdman

"Qarabağ"ın rəqibində ciddi itki

19 Sentyabr 2014 17:27
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu ciddi itki ilə üzləşib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin hücumçusu Mateus uzun müddətə sıradan çıxıb.
 

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Kopenhagen"lə cavab görüşündə dizindən zədələnən futbolçunun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, braziliyalı futbolçu "Qarabağ"la qrup oyunlarında komandasına kömək edə bilməyəcək.
 

Qeyd edək ki, "Qarabağ"ın "Dnepr"lə oyunları 23 oktyabr və 6 noyabr tarixlərində keçiriləcək.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.