İdman

"Qarabağ"da şok itki: 5 ay oynamayacaq

19 Sentyabr 2014 17:08
1 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin "Sent-Etyen"lə oyununda zədə alan və matçı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Cumbinyonun uzun müddətə sıradan çıxdığı müəyyənləşib.
 

Bu gün tibbi müayinədən keçən təcrübəli yarımmüdafiəçinin dizində qırıq aşkarlanıb. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun qol.az-a verdiyi məlumata görə, Cumbinyo beş aydan sonra yaşıl meydanlara qayıdacaq.
 

Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin bütün oyunlarını, eləcə də Azərbaycan çempionatının bir sıra vacib matçını buraxmalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.