İdman

"Qarabağ" oyunundan "qara oyun": harın alverçi və ümidli uşaq - VİDEO

19 Sentyabr 2014 15:19
1 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasında debüt edən "Qarabağ" "qara bazar"ın üzündən ona "nəfəs verən" amildən uzaq düşdü.

Dünən axşam mərkəzi arenada Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxan Ağdamın "Qarabağ" klubu Fransa nəhəngi "Sent-Etyen"i qəbul etdi. Stadiondakı oyun bir tərəfə, əsl "oyun" stadiondan bayırda gedirdi. Belə ki, bu dəfə "qara bazar"ın qara işləri polis ilə azerkeşləri də bir-birinə qarşı qoydu. Oyunun başlamasına dəqiqələr qalmış stadionun qapıları anidən xəbərsiz-ətərsiz bağlandı və əllərində bilet olan azerkeşlər bayırda qaldılar. Videoda da göründüyü kimi polislər tərəfindən heç bir tutarlı səbəb göstərilmədən azerkeşlər içəri buraxılmadı. Belə olduqda səbrləri tükənən fanatlar polis ilə deyişməyə başladılar. Yerlərin dolu olduğunu söyləyən polis işçiləri həm də azerkeşləri qanunsuz bilet əldə etməkdə günahlandırdı.

Bu barədə Milli.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Nurlan İbrahimov bildirdi ki, bu cür hallar bütün böyük oyunlarda baş verir: "Anşlaq olan hər bir matçda bu tip olay yaşanır. Dəfələrlə bu cür halların şahidi olmuşuq və böyük ehtimal ilə gələcəkdə də bu olaylar qarşımıza çıxacaq. Biz oyundan əvvəl polislər ilə görüş keçirtdik və onlara hər şeyi başa saldıq. Bu cür addım atmaqla onlar baş verə biləcək iğtişaşların qarşısını almağa çalışır. Polisləri də qınamayaq, çünki onlar sektorlara gözəyarı diqqət edirlər və boş yer görmədikdə sektorun dolduğunu sanıb qapıları bağlayırlar. Bunun üçün də bayırdakı fanatların saxta yolla bilet əldə etdiklərini düşünüb içəri buraxmırlar".

Şirinov Niyaməddin
Milli.Az


Videoları izləmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.