İdman

Mottanın burnunu qırana çox ağır cəza

19 Sentyabr 2014 14:12
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Liqasında PSJ-nin futbolçusu Tiaqo Mottanın burnunu qıran "Bastiya"nın hücumçusu Brandaoya ağır cəza tətbiq olunub.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası Brandaonun 6 ay futbol oynamasına qadağa qoyub. Beləliklə, o, gələn ilin fevral ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.
 

Bundan başqa, məhkəməyə verilən braziliyalı hücumçunun ən azı üç il azadlıqdan məhrum edilməsi və 45 min avro ilə cərimələnəcəyi gözlənilir.
 

Qeyd edək ki, Brandao Fransa Liqasının ikinci turunda PSJ ilə matçdan sonra paltardəyişmə otağına gedən dəhlizdə Tiaqo Mottaya kəllə vurub və onun burnunu qırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.