İdman

UEFA final oyunlarının yerini açıqladı

19 Sentyabr 2014 11:03
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015/16 mövsümündə avrokubokların həlledici oyunlarının tarixi və yeri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.
  

2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma "Cüzeppe Meattsa" stadionunda keçiriləcək.
  

Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki "Sent Yakob Park" stadionunda baş tutacaq.
  

UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu oyuna Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma isə "Lerkendal" stadionunda oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.