İdman

"Sent-Etyen"in baş məşqçisi: ""Qarabağ" qrupun favoritlərindən biridir"

19 Sentyabr 2014 10:42
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamın oyunundan razıyam. Yaxşı hücum edə bilmədik. Çünki çətin rəqiblə matçda daha çox müdafiəyə fikir verdik. Əslində, "Qarabağ"ın son oyunlarını izləmişdik. Tamaşaçılar üçün də rəqib asan görünə bilərdi. Bu oyundan sonra onlara olan hörmətimiz daha da artdı. Bakıda qol buraxmamağımız böyük üstünlükdür. Biz Sent-Etyendə daha yaxşı çıxış etməyə çalışacağıq".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.

O, "İnter"i qrupun favoriti hesab etdiyini bildirib:

"Qarabağ"ı yüksək səviyyəli komanda kimi bilirdim. "İnter" qrupun favoritidir. Qurban Qurbanovun yaxşı taktiki sxemdən yararlanmasını gördükdən sonra fikirlərim bir qədər dəyişdi. Artıq deyə bilərəm ki, "Qarabağ" da bu qrupun favoritlərindən biridir. İnanıram ki, komandanız Fransada da hücum futbolu nümayiş etdirəcək. Amma "Sent-Etyen"in hücum futbolu oynamaması ilə bağlı deyilənlərlə də razı deyiləm. Gələn oyunda da çox çalışacağıq ki, daha çox güc qoyaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.