İdman

Tofiq Bəhramovda növbəti problem - FOTO

18 Sentyabr 2014 15:59
0 Şərh     Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının "Qarabağ" - "Sent-Etyen" oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasında növbəti problem yaranıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Hollandiyadan gətirilən qazonda problem olmasa da, meydançanın ot örtüyünün meydançanın müəyyən hissəsinə səliqə ilə döşənmədiyi ortaya çıxıb. Bu isə normal standartlara uyğun gəlmir.
 

Rekord.az saytındakı həmkarlarımızın çəkdikləri şəkilllərdən də göründüyü kimi, cərimə meydançası yaxınlığındakı bu problem oyun zamanı futbolçuların normal hərəkətinə, istədiyi oyunu sərgiləməsinə problem yarada bilər.
 

Ümid edək ki, Tofiq Bəhramov adına stadionunun rəbbərliyi matçın başlamasına qədər problemi aradan qaldıracaq.
 

Xatırladaq ki, mərkəzi arenanın meydançası bərbad hala düşdüyü üçün Gənclər və İdman Nazirliyi AFFA ilə birgə stadiona yeni qazon gətirdib. Yeni ot örtüyünün "Real" və "Barselona"nın stadionlarında olan qazonlarla eyni olduğu bildirilib. Ot örtüyü bir neçə gün əvvəl salınmağa başlayıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.