İdman

Millimizdən FİFA reytinqində biabırçı nəticə!

18 Sentyabr 2014 13:54
1 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 22 pillə geriləyib.

Yoldaşlıq görüşündə Rusiyaya 0:4, "Avro-2016"nın seçmə mərhələsinin ilk oyununda Bolqarıstana evdə 1:2 hesabı ilə uduzan Berti Foqtsun komandası 344 xalla 95-ci pillədə qərarlaşıb.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə, ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. "Skuadro Adzuro" bir pillə irəliləyərək 13-cü yerə yüksəlib.
 

Digər rəqiblərimizdən Xorvatiya isə pillə geriləyərək 19-cu olub. Norveç (-23) 76-cı, Bolqarıstan (+26) 46-cı və Malta isə (-5) 155-ci pillədə qərarlaşıb.
 

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.