İdman

Məşhur futbolçu faciəli şəkildə öldü

17 Sentyabr 2014 21:50
8 Şərh     Baxış: 11 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Dinamo"nun (Kiyev) və Ukrayna millisinin sabiq futbolçusu Andrey Qusin faciəvi şəkildə ölüb.

Qol.Az-ın "sports.ru"ya istinadən yaydığı xəbərə görə, 41 yaşlı keçmiş mərkəz müdafiəçisi motosiklet qəzasında dünyasını dəyişib. İdarəetməni itirərək kənara "uçan" Qusinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Qusin 1993-2005-ci illərdə "Dinamo"nun şərəfini qoruyub. O, Kiyev təmsilçisi ilə 7 dəfə Ukrayna çempionu olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan A.Qusinin son iş yeri "Anji" olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.