İdman

"Bizim futbolçuları almağa pulları çatmaz"

17 Sentyabr 2014 16:47
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandasının bəzi üzvlərini "Mançester Yunayted"in alacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, mətbuat konfransında "Mançester Yunayted"in futbolçuları üçün təklif göndərməsi ilə bağlı suala cavabında deyib:

"Mançester Yunayted"in "Bavariya"dan futbolçu ala biləcək qədər pulu yoxdur. Onlar bu yay transferlərə çox pul xərcləyiblər. Oyunçularımı hansı klubların almaq istədiyini bilirəm. "Mançester Yunayted" də bəzi futbolçularımı transfer etmək istədi. Ancaq onlar "Bavariya"da qalmağı üstün tutdular".


Qeyd edək ki, "MY" bu yay transferlərə 191 milyon avro xərcləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.