İdman

Azərbaycanlı olimpiya çempionunun doğum günüdür - FOTO

17 Sentyabr 2014 12:50
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycanlı sərbəst güləşçi, Avropa çempionu, London Olimpiyadasının qızıl mükafatçısı Toğrul Əsgərovun doğum günüdür. Milli.Az xəbər verir ki, Toğrul Əsgərov 1992-ci ilin 17 sentyabr tarixində Gəncə şəhərində anadan olub.

2002-ci ildən etibarən məşqçi Elçin Zeynalovun rəhbərliyi ilə sərbəst güləşlə məşğul olmağa başlayıb. Bundan əvvəl iki il cüdo ilə məşğul olub.

2008-ci ildə Əsgərov yeniyetmələr arasında keçirilən Avropa çempionatında qızıl metdalın sahibi olub. Bir ildən sonra isə ikiqat Avropa çempionu olub.

2012-c ilin avqust ayının 11-də Toğrul Əsgərov London olimpiya oyunlarının finalında dördqat dünya çempionu Besik Kuduxovun belini yerə vuraraq qalib olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.