İspaniyanın "Real" (Madrid) klubu Çempionlar Liqasında 1000-ci qolunu vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olub.
Fransız hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçın 80-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, "Real" - "Bazel" görüşü 5:1 hesabı ilə başa çatıb.
Milli.Az