İdman

Azərbaycanı təmsil etmək istəyən olimpiya mükafatçısı: "Yanvardan bir qəpik də almamışıq"

17 Sentyabr 2014 12:28
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynalı idmançı İnna Osipenko-Radomskaya Ukraynada maliyyələşmənin olmamasından şikayətlənib.

Trend-in Ukrayna KİV-ə istinadən yaydığı məlumata görə, avarçəkmə üzrə çempion, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı İnna Osipenko-Radomskaya bundan sonra yarışlarda Azərbaycanı təmsil etməyi qərara alıb: "Elə məqamlar yaranır ki, onlar məni vətənpərvərliyimi bir kənara qoymağa vadar edir. Yanvarın 1-dən bir qəpik də almamışıq. Bütün toplantı və məşqləri öz hesabımıza keçiririk. Səbrimiz tükənib. Mənim bütün ailəm idmana cəlb edilib: mən idmançıyam, ərim məşqçi. Əgər ərim iş adamı olsaydı və məni maliyyələşdirə bilsəydi, məsələni qaldırmamaq da olardı... Mənə təkcə Azərbaycandan deyil, Slovakiya və Rusiyadan da təkliflər gəlib. Mən Ukraynanı sevirəm, amma indiki vəziyyət məni həyatımı dəyişməyə məcbur edir. "Rio 2016"-da medal uğrunda mübarizə aparmaq istəyirəm. Orada Azərbaycanı təmsil etmək istəyirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.