İdman

Respublika stadionu hazırdır

17 Sentyabr 2014 10:08
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ" və Fransa "Sent Etyen"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk tur oyununa tam hazırdır.
 

Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
 

İsmayılovun sözlərinə görə, UEFA nümayəndəsi, "Qarabağ" və stadion rəhbərliklərinin iştirakı ilə iclas keçirilib. Toplantıda meydanın ot örtüyünün lazımi tələblərə cavab verdiyi və oyun keçirmək üçün heç bir problemin qalmadığı vurğulanıb. Artıq sabah səhər xətlər çəkiləcək və axşam saatlarında komandalar məşqə çıxacaqlar.
 

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.