İdman

"Barselona" "APOEL"-ə, "Bavariya" "Mançester Siti"-yə qarşı

17 Sentyabr 2014 09:54
1 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun gününə daha 8 qarşılaşma nəzərdə tutulub.

E qrupunda "Bavariya" "Mançester Siti"ni, "Roma" isə Moskva ÇSKA-sını qəbul edəcək.

F qrupunda "Barselona" öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda PSJ "Ayaks"ın qonağı olacaq.

G qrupunda "Çelsi" doğma meydanda "Şalke"ni sınağa çəkəcək. Qrupun digər matçında "Maribor" və "Sportinq" klubları üz-üzə gələcək.

H qrupunda isə "Portu" BATE-ni , "Atletik" (Bilbao) isə Donetsk "Şaxtyor"unu qəbul edəcək.

17 sentyabr

Çempionlar Liqası, qrup mərhələsinin ilk turu

E qrupu

23:45. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

23:45. "Roma" (İtaliya) - CSKA (Moskva, Rusiya)


F qrupu

23:45. "Ayaks" (Hollandiya) - PSJ (Fransa)

23:45. "Barselona" (İspaniya) - APOEL (Kipr)


G qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Şalke" (Almaniya)

23:45. "Maribor" (Sloveniya) - "Sportinq" (Portuqaliya)


H qrupu

23:45. "Portu" (Portuqaliya) - BATE (Belarus)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.