İdman

Çempionlar Liqası: "Qalatasaray"a öz meydanında "tərs şillə" - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

17 Sentyabr 2014 09:47
1 Şərh     Baxış: 4 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:03

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Milli.Az-ın apaspot.az saytına istinadən verdiyi xəbərə görə, qitənin 32 ən güclü komandası ilk oyunlarını keçirib.

İki gün davam edəcək qarşılaşmaların ilk oyunlarda isə azarkeşlər yalnız 16 matç izləyə bilib.

Bu görüşlərdən ən maraqlısı D qrupunda baş tutub. Burada qardaş ölkə Türkiyənin "Qalatasaray" klubu doğma publika önündə Belçika "Anderlext"ini qonaq edib. "Cim-Bom" start oyunda qələbə qazana bilməyib. Hesabda geri olan istanbullular əlavə edilmiş 1-ci dəqiqədə məğlubiyyətdən xilas olub - 1:1...

Bu qrupun əsas favoritləri Dortmund "Borussiya"sı ilə İngiltərə "Arsenal"ı Almaniyada münasibətlərinə aydınlıq gətirib. Görüşdə ev sahibləri rəqibinə heç bir şans verməyib. Hər hissədə bir dəfə "topçular"ı cəzalandıran Yurgen Klopun yetirmələri 3 xal qazanmağı bacarıb.

Gecənin ən bol qollu oyunu isə Madriddə baş tutub. "Bazeli" qəbul edən "Real" rəqibi meydana çıxmağa peşman edib - 5:1.

Digər matçlarda isə "Olimpiakos" "Atletiko"nu 3:2, "Yuventus" "Malmö"nü 2:0, "Liverpul" "Ludoqorets"i 2:1, "Zenit" "Benfika" 2:0 və "Monako" "Bayer"i 1:0 hesabı ilə üstələyib.

Çempionlar Liqası
I tur
16 sentyabr


A qrupu
"Olimpiakos" (Yunanıstan) - "Atletiko" (İspaniya) - 3:2
Qollar: Masuaku, 13, Afellay, 31, Mitroğlu, 73 - Mandzukiç, 38, Qriezmann, 87

"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 2:0
Qollar: Teves, 59; 90

B qrupu
"Real" (İspaniya) - "Bazel" (İsveçrə) - 5:1
Qollar: Suki, 14-avtoqol, Beyl, 30, Ronaldo, 31, Xames, 37, Benzema, 80 - Qonzales, 38

"Liverpul" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar: Balotelli, 82, Cerrard, 90+3 - Abalo, 90+1

C qrupu
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:2
Qollar: Hulk, 5, Vitsel, 22

"Monako" (Fransa) - Bayer" (Almaniya) - 1:0
Qol: Moutino, 61

D qrupu
"Borussiya" (Dortmund, Almaniya) - "Arsenal" (İngiltərə) - 2:0
Qollar: İmmobile, 45, Aubameyanq, 48

"Qalatasaray" (Türkiyə) - "Anderlext" (Belçika) - 1:1
Qollar: Burak, 90+1 - Praet, 53

Milli.Az

-----------
09:47

Böyütmək üçün şəkillərə klikləyin.



Videoları izləmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.