İdman

Futbol klubunda əxlaqsızlıq - FOTO

17 Sentyabr 2014 09:42
0 Şərh     Baxış: 3 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədəki "Lenzburq" futbol klubunda böyük qalmaqal yaşanır. Klubda çalışan masajçı həkim qadın oyunçulardan biri ilə cinsi əlaqədə olduğu üçün işdən qovulub.
 

Milli.Az European-a istinadən bildirir ki, 41 yaşlı masajçı qadın klubun qarşısındakı dayanacaqda saxladığı avtomobilində 20 yaşlı futbolçu ilə birlikdə olarkən bu olayı təhlükəsizlik kamerası çəkib.
 

Həmin video sonradan nə yollasa futbolçularla klubun işçilərinə çatıb və onların hamısı bu videoya baxıblar.

Masajçı qadının dediyinə görə, o, intriqa və məkr qurbanı olub.

Klub rəhbərliyi Blick-ə verdiyi açıqlamasında bildirib ki, masajçı qadın iki futbolçu ilə Bellvyu şəhərindəki "Mascotte" gecə klubunda içib sərxoş olandan sonra onlar avtomobil dayanacağına yollanıblar.
 

Avtomobildəki cinsi əlaqə də burada yaşanıb.

Olayın videosu "Lenzburq" klubunun prezidenti Ulrix Bruderə çatanda aləm qarışıb.

"Bu qadının işdən qovulması ilə bağlı qərar klubun şurasında qəbul olundu. Komandanın yarısını bu qadına görə işdən kənarlaşdıra bilməzdik. Ona görə də masajçı qadını klubdan qovduq", - U.Bruder deyib.
 

"Lenzburq"dan qovulan masajçı qadınla artıq 4 klub maraqlanıb və onu işə dəvət ediblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.