İdman

""Qarabağ"ı doğma meydanda çox sayda azarkeş dəstəkləyir"

16 Sentyabr 2014 14:47
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qrupdakı bütün komandalar güclü rəqiblərdir. Biz uğur qazanmaq üçün çox çalışmalıyıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Mustafa Bayal deyib.
  

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa klubunun futbolçusu Azərbaycan təmsilçisini video vasitəsilə izlədiyini bildirib: "İlk oyunumuzu Bakıda "Qarabağ"a qarşı keçirəcəyik.

İnanın ki, mən bu klub haqqında heç nə bilmirəm. Sadəcə, bəzi videolar izləmişəm. Onların "Tvente" ilə oyunlarının videosuna baxmışıq. Azərbaycan klubunu doğma meydanda çox sayda azarkeş dəstəkləyir. Bunu həmin videolara baxarkən gördüm. İnanıram ki, maraqlı qarşılaşma olacaq".
  

Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" görüşü sentyabrın 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.