İdman

"Qarabağ" - Platini - "Sent-Etyen"

16 Sentyabr 2014 14:07
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində debüt oyununa 2 gün qalıb

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, rəqib Fransanın "Sent-Etyen" klubudur.

Bu klubun tarixinə ekskurs etdikdə ən maraqlı məqam vaxtilə "ağ-yaşıllar"ın sıralarında UEFA-nın hazırkı prezidenti Mişel Platininin oynamasıdı.

Fransa futbolunun canlı əfsanəsi 1979-1982-ci illər aralığında "Sent-Etyen"in şərəfini qoruyub. "Qarabağ"ın rəqibinin sıralarında 1 dəfə Fransa çempionluğunu yaşamış Platini 2 dəfə də ölkə Kubokunun finalında iştirak edib.

Platini "Sent-Etyen"in heyətində ümumilikdə 104 oyun keçirib və bu görüşlərdə 58 dəfə fərqlənməyi bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.