İdman

"Qəbələ"də Dodo şoku

16 Sentyabr 2014 14:04
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin futbolçusu Dodo ən azı 2 həftəlik sıradan çıxıb

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin Topaz Premyer Liqasının V turunda "Simurq"la matç zamanı aldığı zədə səbəb olub.

2:1 hesabı ilə başa çatan matçın 80-ci dəqiqəsində o, komandasının qələbə topunu vurduğu vaxt rəqib qapıçı ilə toqquşub. Nəticədə braziliyalı oyunçu meydanı xərəkdə tərk edib. Ötən gün müayinədən keçən "sambaçı"nın yalnız iki həftədən sonra məşqlərə start verə biləcəyi açıqlanıb.
  

Qeyd edək ki, Dodo "Simurq"la matçda dubl edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.