İdman

"Neftçi" və "Xəzər Lənkəran"ın oyunçularına cəza

16 Sentyabr 2014 13:39
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 

Milli.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın beşinci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
 

Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində "Neftçi" klubunun futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 

Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Tieqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının V turunun "Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 5 , "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
 

Oyunun 86-cı dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olub.
 

Matçın 20-ci dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.