İdman

Mourinyo: "Millidə işləməyə hazır deyiləm"

16 Sentyabr 2014 11:39
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, hazırda millidə işləməyə hazır deyil:

"Hələlik millidə baş məşqçilik etməyi düşünmürəm. Portuqaliya yığmasını kim çalışdırsa, ona dəstək olacam. Ancaq əcnəbi məşqçinin millidə işləməsini istəmirəm".
 

Qeyd edək ki, Portuqaliya millisini Fernandu Santuş, Viktor Pereyro Roberto Mançini kimi məşqçilərdən birinin çalışdıracağı iddia edilir.
 

Xatırladaq ki, Portuqaliya Futbol Federasiyası bu ay Paulo Bentu ilə yolları ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.