İdman

"Qarabağ"ın oyununa qanunsuz bilet satanlar cəzalanacaq

16 Sentyabr 2014 11:27
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Qarabağ" klubunun, Nərimanov Rayon Polis İdarəsinin və Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyinin iştirakı ilə toplantı keçirilib

Milli.Az xəbər verir ki, bu haqda qol.az-a "Qarabağ"ın meneceri Asif Əsgərov məlumat verib.

Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Nizami İsmayılov, mərkəzi arenanın direktoru Akif İsmayılov və "Qarabağ" klubunun rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Sent-Etyen" oyunundan əvvəl "qara bazar"da biletlərin satılması və saxta biletlərin üzə çıxması ehtimalı məsələsi müzakirə olunub.
 

Görüşdə Nərimanov rayon polisinin rəhbərliyi qanunsuz bilet satışının qarşısının alınması üçün ciddi tədbirlər görüləcəyini, həm qanunsuz bilet satışı ilə məşğul olanların, həm də saxta biletlər aşkarlanacağı halda buna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.
 

Futbol azarkeşlərinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletləri klubun müəyyənləşdirdiyi qiymətlərlə almaları üçün ciddi tədbirlər görüləcəyi vurğulanıb.
 

"Qarabağ" klubu rəhbərliyi də azarkeşlərə müraciət edərək "Sent-Etyen"lə oyuna biletləri yalnız Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almalarını xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.