İdman

UEFA-nın dopinq sınaqlarının statistikası müəyyənləşdi

16 Sentyabr 2014 11:15
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA dopinq sınaqlarının statistikasını elan edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2013/14 mövsümündə sınaqdan keçən qan testlərinin hər biri mənfi olub.
  

UEFA-nın rəsmi saytında bildirilir ki, heç bir futbolçunun qanında qadağan edilmiş preparatlar aşkar edilməyib.
  

Çempionlar Liqası və Avropa Liqasının 1698 iştirakçısı toplam olaraq sınaqdan keçib. Digər testlər isə UEFA-nın himayəsi altında baş tutan yarışlardan götürülüb.
  

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin hesabatına əsasən, 2013-cü ildə 269 mindən çox dopinq-sınaq götürülüb. Bu isə bütün idman növlərinin arasında ən böyük göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.