İdman

Ançelotti Kasilyasla bağlı qəti qərarını verdi

16 Sentyabr 2014 11:00
2 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın qapıçısı İker Kasilyas cari mövsümün sonuna qədər komandanın bir nömrəli qapıçısı olmağa davam edəcək.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Bazel"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Yay transferi pəncərəsində Keylor Navası transfer etmələrinə baxmayaraq, Kasilyas oynatdığı üçün tənqid olunan italiyalı mütəxəssis bununa bağlı qərarının qəti olduğunu bildirib:
 

"Komandanın bir nömrəli qapıçısının kim olması ilə bağlı mübahisələrə daha son qoyulmalıdır! Bu barədə daha danışmaq istəmirəm. Kasilyas əsas heyətdə oynamağa davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.