İdman

Ronaldinyo "meymun"a bənzədildi

16 Sentyabr 2014 10:27
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın "Keretaro" klubuna transfer olunan Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo təqdimat mərasimində irqçi şüarla qarşılaşıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, meksikalı siyasətçi Karlos Nunez Manuel Trevino braziliyalı futbolçunu "meymun" adlandırıb.
 

Trevino Facebook sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Tolerantlı davranmağa çalışıram, ancaq futboldan nifrət edirəm. Çünki insanlar küçələrə axışır, yollar bağlanır. Nəticədə mənim evə qayıtmağım 2 saat çəkir. Həm də bütün bunlar bir "meymun" üçün. braziliyalıdır, amma yenə də "meymun"dur".
 

Qeyd edək ki, bu paylaşımdan sonra böyük təzyiqlə üzləşən siyasətçi yazdıqlarını silib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.