İdman

"Qarabağ"ın məşqçisi "Sent Etyen"in oyununda

14 Sentyabr 2014 15:05
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Fransa çempionatının dünən keçirilən "Sent Etyen" - "Kan" matçını (1:0) canlı izləyənlər arasında "Qarabağ"ın əvəzedici heyətinin baş məşqçisi Borçe Xrisov da olub.

Milli.Az-ın məlumatına görə, Ağdam klubunun mətbuat xidmətindən qol.az-a bildirilib ki, bolqarıstanlı mütəxəssis baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə həmin matça gedərək Avroliqanın qrup mərhələsindəki rəqibləri ilə bağlı qeydlər aparıb.
 

Xatırladaq ki, "Qarabağ"la "Sent Etyen" arasında ilk oyun sentyabrın 18-də Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.