İdman

Avazın yaxşı gəlir, Berti Foqts

2 Sentyabr 2014 19:16
1 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək". Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Moskvada mətbuat konfransında deyib.

O qeyd edib: "Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub".

B.Foqts vurğulayıb ki, bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır: "Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir". Baş məşqçi bildirib ki, Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil:

"Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam. Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb qələbə qazanmağa çalışacağıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.