İdman

Azad Rəhimov: "Çimərlik futbolunun Azərbaycanda parlaq gələcəyi var"

2 Sentyabr 2014 17:24
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çimərlik futbolu gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında yüksək səviyyədə təqdim olunacaq". Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Dünya Çimərlik Futbolu Təşkilatının (Beach Soccer Worldwide) saytına müsahibəsində Bakıda keçirilmiş "Euro Beach Soccer Cup - Baku 2014" turnirinə münasibət bildirərkən deyib.
 

O qeyd edib: "Çox şadam ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarında digər idman növləri sırasında olacaq və dünya şöhrətli komandalar ölkəmizə təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək".
 

"Euro Beach Soccer Cup - Baku 2014"-ə qatılan nazir, eyni zamanda, Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Xoan Kusko, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Dünya Çimərlik Futbolu Təşkilatının baş icraçı direktorunun müavini Qabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
 

A.Rəhimov bildirib ki, dövlət idmanın inkişafına yüksək səviyyədə diqqət verib, maliyyə vəsaiti ayırır: "Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır. Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.