İdman

AFFA cəza yağdırdı

2 Sentyabr 2014 13:38
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
 

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın dördüncü turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
 

Azərbaycan Premyer Liqasının IV turunun "Qarabağ" - "Bakı" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 

"Qəbələ" - AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
 

Oyunun 90+3-cü dəqiqəsində AZAL-ən futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 

"Sumqayıt" - "Araz Naxçıvan" matçında "Araz Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib. Oyunun 52-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 

"Xəzər Lənkəran" - "İnter" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.