İdman

Faiq Qarayevə "qadağa"

2 Sentyabr 2014 10:56
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçulardan ibarət Azərbaycan millisini dünya çempionatının oyunlarına baş məşqçi Faiq Qarayev çıxarmayacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis sentyabrın 23-də İtaliyada start götürəcək mundialda tapşırıqlarını kənardan verəcək.
  

Belə ki, dünya çempionatında meydanda millimizin "sükanı arxası"nda Qarayev deyil, köməkçisi Aleksandr Çervyakov yer alacaq. O, Avropa Liqasında və Avropa çempionatında olduğu kimi meydanda əsas çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Çervyakova Vüqar ƏliyevFamil Ağayev köməklik edəcəklər.

Yeri gəlmişkən, Çervyakov "Azərreyl"də də Qarayevin əvəzləyicisi olub.
  

Qeyd edək ki, hazırda Bakıda təlim-məşq toplanışında olan komandamız dünya çempionatına məşqləri Bolqarıstanda yekunlaşdıraraq, buradan birbaşa İtaliyaya yollanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.