İdman

"Real" Falkaonun əvəzinə onu aldı

2 Sentyabr 2014 09:40
3 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı daha bir futbolçunu heyətinə qatdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Kral klubu" "Mançester Yunayted"in hücumçusu Xavyer Ernandeslə güclənib.
  

Çempionlar Liqasının son qalibi 26 yaşlı oyunçunu "qırmızı şeytanlar"dan 1 illik müddətinə icarəyə götürüb. 2010-cu ildə "Mançester Yunayted"ə keçən "Çiçarito" mövsümün sonunda azad agent olacaq və ehtimal edilir ki, "Real" Ernandesi tam heyətinə qatacaq. O, yenidən 14 nömrəli forma geyinəcək.
  

Qeyd edək ki, Xavyer 4 il ərzində "Mançester Yunayted"də 154 oyunda forma geyinib və rəqib qapılarından 59 top keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.