İdman

"Qartal" özünə yeni qanad aldı

2 Sentyabr 2014 10:19
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək "Beşiktaş" növbəti transferini rəsmiləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul klubu Joze Ernesto Sosa ilə razılığa gəlib.
 

"Qara qartallar" Xarkov "Metallist"ində forma geyinən argentinalı yarımmüdafiəçini bir illik müddətinə komandaya cəlb ediblər. İstanbul təmsilçisinin heyətində çıxış edəcək Sosanın icarə haqqının qiyməti 1 milyon 400 min avro göstərilir.
  

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Madrid "Atletiko"sunda keçirən Sosa İspaniya klubunda yalnız 15 oyunda meydana çıxmaq şansı əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.