İdman

Ronaldu "Real" haqqında görün nələr dedi

2 Sentyabr 2014 11:33
5 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu maraqlı fikirləri ilə diqqət çəkib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Real"ın transfer siyasətini kəskin şəkildə tənqid edib:
 

""Real"ın transfer siyasəti haqda mənim öz düşüncələrim var. Ancaq bu barədə danışmaq istəmirəm. Əks təqdirdə qəzetlərin sabahkı buraxılışlarının baş səhifəsində olardım. Bu isə mənə lazım deyil. Əgər "Real"ın prezidenti düşünürsə ki, yeni futbolçular alınmalıdır və bəziləri komandadan getməlidir, o zaman bunu müzakirə etmərəm.

Artıq "Real"da heyət baxımından yaxşı və pis mənada dəyişiklik ola bilər. Xoşbəxtlikdən, biz Toni Kroos və Xames Rodriges kimi səviyyəli futbolçularla müqavilə imzaladıq. Anxel di Mariya və Xabi Alonso komanda üçün önəmli futbolçular idi, ancaq düşünürəm ki, onlarsız da hər şey yaxşı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.