İdman

Dünya belə oyun görməmişdi - VİDEO - FOTO

2 Sentyabr 2014 09:46
3 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası 1-ci Fransisk İtaliyanın "İnter" (Milan) klubu və Argentina yığmasının sabiq kapitanı Xavyer Zanetti ilə birlikdə xeyriyyə matçı təşkil edib.

Matç Fələstinin Qəzza bölgəsində sülhün dəstəklənməsinə yönəlmiş dinlərarası xeyriyyə qarşılaşması idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, xeyriyyə matçı ərəfəsində Roma Paması bir neçə futbol ulduzu, o cümlədən Dieqo Maradona, Roberto Baco, Karlos ValderramaAlessandro Del Pyero ilə görüşüb.
 

Matç Romadakı "Stadio Olimpico" arenasında keçirilib.

Komandalar pontifiklə Zanettinin yardım etdikləri xeyriyyə fondları olan "Scholas" və "Pupi foundation" xeyriyyə təşkilatlarının adlarını daşıyırdı.

Matçda meydana hazırda oynayan futbolçular Lionel Messi, Neymar, Fernando Muslera, Valter Samuel, Xuan İturbe, Canluici Buffonla yanaşı, sabiq oyunçular Zinəddin Zidan, Françesko Totti, Dieqo Simeone, Andrey Şevçenko, İvan Samorano və başqaları çıxmışdılar.
 

Komandaların çalışdırıcıları isə "Arsenal"ın baş məşqçisi Arsen Venqer və Argentina yığmasının məşqçisi Xerardo Martino idilər.
 

Matçda müxtəlif dinlərə mənsub olan 50 nəfər iştirak edib.
 

Qarşılaşma Xavyer Zanettinin komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 




 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.