İdman

"Azərbaycanla son oyun göstərdi ki, zəif komanda yoxdur"

2 Sentyabr 2014 09:06
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya yığmasının baş məşqçisi Fabio Kapellonun yeni köməkçisi Sergey Semak sabah yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaqları millimizlə görüş haqda fikirlərini bölüşüb.

Qol.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan Semak Azərbaycan millisinin zəif rəqib olmadığını bildirib:

"Azərbaycanla son rəsmi oyun (1:1) göstərdi ki, zəif komanda yoxdur. Futbolçuların rahat oynamaları üçün onların bərpa olunmasını təmin etməliyik. Hər kəs bilir ki, Rusiya yığması üçün sıradan bir oyun yoxdur. Bütün matçlar bizim üçün rəsmi xarakter daşıyır və hədəfimiz yalnız qələbə qazanmaqdır".

Qeyd edək ki, sabah "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.