İdman

"Qarabağ" kuboku Ağdama gətirdi

1 Sentyabr 2014 20:13
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il futbol üzrə Azərbaycan çempionu olan Ağdamın "Qarabağ" klubunun qazandığı ölkə kuboku Ağdama gətirilib.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, kubok Ağdamın Quzanlı qəsəbə stationunda ictimaiyyət nümayəndələrinə nümayiş etdirilib. Burada çıxış edənlər "Qarabağ" klubunun Azərbaycan futboluna verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, komanda bundan sonra da həm respublika çempionatında, həm də avroliqalarda uğurlu çıxışı ilə azarkeşlərini sevindirməkdə davam edəcək.

Kubok komanda rəhbərliyi tərəfindən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova təqdim edilib. Klubun rəhbəri Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandırıblar.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.