İdman

Millimizlə oyun öncəsi Rusiya yığmasında dəyişiklik

1 Sentyabr 2014 14:40
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 3-də millimizlə yoldaşlıq görüşü keçirəcək Rusiya yığmasının heyətində dəyişiklik edilib.


Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Dinamo"nun futbolçusu İqor Denisovun yerinə "Krasnodar" klubundan Yuri Qazinski yığmaya dəvət alıb.
 

Rusiya Premyer Liqasının 6-cı turu çərçivəsində "Krasnodar"la oyunda zədələnən İ.Denisov Rusiya millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 3-də millimizlə yoxlama görüşündə qüvvəsini sınayacaq Rusiya yığması 5 gün sonra "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında Lixtenşteynlə qarşılaşacaq.


Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.