İdman

Olimpiya medalçılarımız vətənə döndülər - FOTO

1 Sentyabr 2014 13:28
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan idmançılarımız vətənə qayıdıblar.
 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmiləri qarşılayıblar.
 

Qarşılanma mərasimindən sonra idmançılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
 

Qeyd edək ki, Çinin Nanjinq şəhərində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş/yunan-roma güləşi, üzgüçülük, atletika, kamandan ox atma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.
 

Olimpiadaya yollanmış 21 idmançıdan 12-si Vətənə medalla qayıdır.
 

Qızıl medal alan idmançılar:
1. Səid Quliyev (73 kq) - taekvondo
2. İslambek Dadov (69 kq) - yunan-Roma güləşi
3. Rüfət Hüseynov (49 kq) - boks
4. Teymur Məmmədov (63 kq) - sərbəst güləş
5. İqbal Hacızadə (100 kq) - sərbəst güləş
 

Gümüş medal:
1. Leyla Əliyeva (44 kq) - cüdo
2. Natiq Qurbanlı (55 kq) - cüdo
3. Ceren Ozbek (44 kq) - taekvondo
4. Baris Yotov - avarçəkmə (1 nəfərlik qayıq)
5. Cabbar Nəcəfov (50 kq) - yunan-Roma güləşi
6. Leyla Qurbanova (52 kq) - qadın güləşi
 

Bürünc medal:
Nazim Babayev - atletika (3 təkanla tullanma)
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.