İdman

"Qarabağ"a söz verdilər

1 Sentyabr 2014 12:09
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gənclər və idman nazirliyi və AFFA Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu dəyişdirməyə qərar verib. Azerisport.az xəbər verir ki, hazırda bu stadionun qazonu tamamilə sıradan çıxıb.
 

Məhz bu üzdən sözügedən qurumlar vəziyyətdən çıxış yolunu qazonu dəyişdirməkdə görür. Artıq bir sıra tanınmış şirkətlərlə danışıqlara start verilib. Mərkəzi arena üçün yeni qazon da seçilib. Həmin qazonun stadiona sentyabr ayında sərilməsi gözlənilir.

Beləliklə, Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı ev oyununu mərkəzi arenada keçirə biləcək. Həmin görüş sentyabrın 18-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.