"Püşk püşkdür. Bir komandanı mən tapdım. "Qarabağ" bizim üçün anlaşılmaz olan bir atdır".
Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski deyib.
29 yaşlı futbolçu püşkün nəticələrini dəyərləndirərkən Avroliqada asan komandaların onlara düşmədiyini bildirib:
"Bilirəm ki, "Qarabağ"da çoxlu braziliyalı oynayır. Komandanın yarısını təşkil etməsələr də, onların necə oynadıqlarını görəcəyik. Dünya çempionatında sürprizlər çox oldu. Artıq turnirin gedişatı zamanı onların kim olduğunu daha ətraflı biləcəyik... "Sent-Etyen" də güclü komandadır, güclü çempionatda çıxış edirlər. Ona görə də çox maraqlı qrupa düşmüşük. "Dnepr"də bir dəfə də olmayıb ki, qrupu asan olsun. Bütün rəqiblər bərabərdir. Ona görə də mübarizə aparmaq lazımdır. Aydındır ki, bütün komandalar qrupdan çıxmağı qarşısına tapşırıq kimi qoyub".
Fedetski Avroliqanın pley-off mərhələsinin "Hayduk"la görüşündən qayıdarkən təyyarədə "Qarabağ" haqqında müzakirə aparılmadığını bildirib: "Xorvatiyadan qayıdarkən təyyarənin rəisi püşkatma haqqında bizə məlumat verdi. Həmkarlarımızla bir az bu barədə müzakirə apardıq. Hamı "İnter" və "Sent-Etyen" haqqında danışırdı. "Qarabağ" haqqında isə xüsusi heç kim danışmırdı. Baxmayaraq ki, bu komanda da asan rəqib deyil. Artıq qrup oyunlarına az qaldığından, "Qarabağ", "Sent-Etyen" və "İnter"i çözməyə çalışacağıq".
Sağ cinah müdafiəçisi olan Fedetski daha sonra bunları qeyd edib: "Püşkatmanın nəticəsi müsbətdirmi? Bu haqda heç düşünməmişəm. Kim düşübsə, onlarla oynayacağıq, fərqi yoxdur. Ayrıca hansısa komandanın düşməsini istəmək fikrim olmayıb. Əlbəttə, istərdim ki, güclü komandalarla oynayaq. Çox məşhur futbolçuların oynadığı "İnter" və yüksək səviyyəli komanda olan "Sent-Etyen" bizə düşüb. Hamıya, eləcə də mənə və uşaqlara belə komandalarla oynamaq maraqlı olacaq. Nə qədər güclü komanda ilə oynasaq, səviyyəmiz bir o qədər çoxalar. Dnepropetrosvsk azarkeşləri üçün Avroliqa çox maraqlı olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
- CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
- KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- Hollivud ulduzu Putini vuracağını AÇIQLADI
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
- Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi
- Azərbaycan çempionatı 4 gün davam edəcək
- "Ailəmdən vacib heç nə yoxdur"
- Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
- Cem Yılmaz Serenayla bağlı çıxan xəbərlərə CAVAB VERDİ - FOTO
- Ukrayna çətin vəziyyətdədir, daha çox dəstəyə ehtiyac var
- Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
- Kobaxidze prezidenti xarici agent adlandırdı
- Qırğızıstan “TikTok”u qadağan edə bilər
- Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar