İdman

"Barselona"nın futbolçusu millimizlə oyuna çağırıldı

30 Avqust 2014 17:12
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin seçmə mərhələnin oyunları üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ruy Jorje sentyabrın 4-də Norveçlə səfər, həmin ayın 9-da isə yığmamızla ev görüşü üçün 23 futbolçuya dəvət göndərib.
 
Bu futbolçuların arasında 5 debütanta da yığmada ilk oyununu keçirmək şansı yaradılıb. Bunlar Ruy Silva, Edqar Ye, Ruben Neviş, Elder Koşta Yuri Medeyruşdur.
 
Qapıçılar: Bruno Varela ("Benfika"), Joze Sa ("Maritimu"), Ruy Silva ("Nasional");
 
Müdafiəçilər:
Edqar Ye ("Barselona", İspaniya), Frederiku Venansio ("Vitoriya"), Luiş Martins ("Jil Visente"), Migel Rodrigeş ("Nasional"), Paulu Oliveyra, Rikardu Eşqayo (hər ikisi "Sportinq"), Rafael Qerreyru ("Loryan", Fransa);
 
Yarımmüdafiəçilər:
To Ze ("Eştoril"), Bernardu Silva ("Monako", Fransa), Juan Mario ("Sportinq"), Markuş Lopeş ("Lill", Fransa), Rafa ("Braqa"), Ruben Neviş ("Portu"), Serjiu Oliveyra ("Pasuş de Ferreyra");
 
Hücumçular: To Mane ("Vitoriya"), Karluş Mane, Yuri Medeyruş (hər ikisi "Sportinq"), Qonsalu Pasiensiya, Rikardu Pereyra (hər ikisi "Portu"), Elder Koşta ("Benfika").
 
Qeyd edək ki, autsayder olan millimizin turnir cədvəlinin lideri Portuqaliya ilə görüşü VIII qrupda sonuncu oyunu olacaq. Riu-Mayorda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.