İdman

"Qarabağ" üçün İngiltərədən cavab gözləyirlər

30 Avqust 2014 16:00
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün iclas keçirdik. Bütün variantlara nəzər saldıq. Biz ot örtüyünü dəyişdirməli, xaricdən gətirməli olacağıq".
 

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a Tofiq Bəhramov adına Respublika Stadionun direktoru Akif İsmayılov stadionun ot örtüyünün bərbad hala düşməsi və bu gün stadionun təmirə bağlanması ilə bağlı məsələyə toxunarkən deyib. Onun sözlərinə görə, "Qarabağ"ın sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsi çərçivəsindıə keçirəcəyi oyuna hazır olmağa çalışacaqlar:

"Ot örtüyünün bərbad hala düşməsi artıq baş verib. Biz bu problemi aradan qaldırmağa və oyunumuzu keçirməyə çalışırıq. Stadionun ot örtüyü üçün işlədiyimiz Hollandiya şirkəti iki il qarantiya vermişdi. Həmin müddət də avqustun 16-da başa çatdı. Ot örtüyü belə vəziyyətə düşdükdən sonra onlarla müqavlə müddətini uzatmadıq. Başqa bir şirkətlə, İngiltərənin "PFM" şirkəti ilə müqavilə imzaladıq. Hər bir variantı nəzərdən keçirdik. İngiltərədən üç-dörd günə cavab veriləcək. Hər-hansı nəticə bizi qane etməsə, biz ot örtüyünü dəyişdirməli, hansısa xarici ölkədən gətirməli olacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.