İdman

"Neftçi"nin 100-ə yaxın fanatı həbs olunub

30 Avqust 2014 12:34
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən 100-ə yaxın "Neftçi" azarkeşi həbs olunub.

Milli.Az futbol11-ə istinadən xəbər verir ki, onlar müxtəlif məkanlardan birbaşa tutularaq polis bölmələrinə aparılıblar.

Buna səbəb Bakıda "Partizan"ın avtobusunun daş-qalaq edilməsi olub. Serbiyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlərin kütləvi həbsi başlanılıb. Həbs olunanların çoxu "Forza Neftçi" azarkeş qrupunun üzvləridir.
 

Artıq "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov xəbəri təsdiqləyib: "Bəli, bu doğrudur. Serbyanın ölkəmizdəki səfirliyi "Partizan"ın avtobusunu daşlayan azarkeşlər barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlər həbs olunublar. Bu barədə ətraflı məlumatı hüquq-mühafizə orqanları verə bilər. Amma bildirmək istəyirəm ki, həmin hadisə stadion ərazisində olmayıb. Stadiondan kənar baş verən hadisədir. Biz hər zaman azarkeşlərimizin arxasındayıq. Ölkə çempionatımızda da dəfələrlə "Neftçi"nin avtobusu daşa basılıb. Düşünürəm ki, bunu bu qədər şişirtmək lazım deyildi. Dediyim kimi, məsələ klubumuzun diqqət mərkəzindədir".

Son məlumata görə, həmin azarkeşlərin xeyli hissəsi dindirildikdən sonra sərbəst buraxılıb. Amma hələ də saxlanılan azarkeşlər var.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.